Bu il Rusiya Quru Qoşunları 240-dan çox yeni tank alacaq

Hərbi
  • 12 sentyabr, 2021
  • 01:36
Bu il Rusiya Quru Qoşunları 240-dan çox yeni tank alacaq

Bu il Rusiya Quru Qoşunlarının istifadəsinə 240-dan çox müasir və modernləşdirilmiş T-72B3M, T-80BVM və T-90M "Qələbə” tankları veriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hazırkı inkişaf mərhələsində tank arsenalı hər il yenilənir:

“Hərbi-sənaye kompleksinin müəssisələri Quru Qoşunlarının bölmələrini müxtəlif iqlim zonalarında uğurla sınaqdan çıxan zirehli maşınların müasir nümunələri ilə təmin edir”.