Bakının mərkəzində keçirilən daha bir yürüş başa çatıb

Bakının mərkəzində keçirilən daha bir yürüş başa çatıb Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.
Hərbi
15 Sentyabr , 2021 11:20
Bakının mərkəzində keçirilən daha bir yürüş başa çatıb

Bakının işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən başlayan yürüş başa çatıb.

"Report" xəbər verir ki, İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi marşrutu ilə davam edən yürüş Bəhram Gurun heykəlinin önündə yekunlaşıb.

10:27

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.

"Report"un xəbərinə görə, tədbirə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.

Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Son xəbərlər

Orphus sistemi