Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş icraçı direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb edilməsi məsələsi, o cümlədən ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.