Bakı. 23 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik
Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.
General-polkovnik Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırılıdığını qeyd edib.
Səfir də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki dövlət arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və ölkəsi Azərbaycanın haqq işində daim onun yanındadır.
Səfir ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.