Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Hərbi
- 05 aprel, 2017
- 04:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.
"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.
Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Foto
Foto
Son xəbərlər
11:55
EBRD: Azərbaycanda gənc sahibkarlar 5 dəfə az maliyyə alır
Maliyyə
11:52
Miloyko Spayiç: Azərbaycanın sərmayələri Monteneqro iqtisadiyyatına müsbət təsir göstərib
Xarici siyasət
11:52
Monteneqro Prezidenti gələn il Azərbaycana səfər edəcək
Xarici siyasət
11:49
Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi qəbul edib
Energetika
11:49
"Mastercard" rəsmisi: "Azərbaycan nağdsız ödənişlərdə bir çox ölkələri geridə qoyub"
Maliyyə
11:48
Foto
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Xarici siyasət
11:47
Yersayın Naqaspayev "Qazaxıstan Dəmir Yolları" SC-nin rəhbəri təyin edilib - Yenilənib
İnfrastruktur
11:46
Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb
Daxili siyasət
11:46
Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət