Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Bakı. 16 may. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
16 May , 2018 13:12
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər. 

Son xəbərlər

Orphus sistemi