Bakı. 28 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası Venesuela, Qazaxıstan və Tacikistan komandaları ilə bir qrupda çıxış edəcək.
İştirakçılar texnikanı qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.
Qeyd edək ki, digər qrupda Rusiya, Belarus, Zimbabve və Qırğızıstan komandaları iştirak edir.