Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub

Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub Ukrayna MTMX-nin katibinin birinci müavini Azərbaycana səfər edib
Hərbi
24 Aprel , 2017 16:33
Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub.

"Report" Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidmətinə (MTMX) istinadən xəbər verir ki, bununla əlaqədar MTMX-nın katibinin birinci müavini Oleq Qladkovski Azərbaycana səfər edib.

Səfər çərçivəsində O.Qladkovski Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla sözügedən məsələ barəsində müzakirə aparıb.

"Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Ukraynanın mühüm və perspektivli tərəfdaşıdır. Əminəm ki, hərbi-texniki əməkdaşlıq sahəsində ölkələrimizin potensialı mövcud əməkdaşlığı möhkəmləndirməyə və onun inkişafı və perspektivləri istiqamətində, xüsusilə aviatikinti sahəsində işləməyə imkan verir", - O.Qladkovski bildirib.

O, iki ölkənin həm daxili istehlakçılar, həm də xarici bazarlar üçün müdafiə sahəsində birgə layihələr hazırlayıb həyata keçirməkdə xeyli təcrübəyə malik olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi