Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb

Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb Yanvarın 23-də Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə hey
Hərbi
23 Yanvar , 2025 15:32
Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb

Azərbaycan Ordusunun Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov Bakıda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşif ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

Sonda "Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat" imzalanıb.

Son xəbərlər

Orphus sistemi