Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb

Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokuro
Hərbi
14 İyun , 2022 10:04
Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.

Bu barədə "Report"a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:

"Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur".

Son xəbərlər

Orphus sistemi