Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.
Hərbi
14 Sentyabr , 2019 11:43
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Orphus sistemi