Azərbaycan əsgəri: “Tətiyi basıb ermənini məhv etmək üçün barmaqlarımız qaşınır”

Azərbaycan əsgəri: “Tətiyi basıb ermənini məhv etmək üçün barmaqlarımız qaşınır” “Könüllü olaraq hərbi xidmətə, doğma ordumuzun sıralarına qatılıram.
Hərbi
18066
3 Oktyabr , 2020 11:23
Azərbaycan əsgəri: “Tətiyi basıb ermənini məhv etmək üçün barmaqlarımız qaşınır”

“Könüllü olaraq hərbi xidmətə, doğma Ordumuzun sıralarına qatılıram. Şəxsi heyətin ruh yüksəkliyi çox böyükdür. Bunu mən bir keçmiş döyüşçü kimi hiss edirəm. Bizim Ordumuz çox güclü Ordudur. Mən buna inanıram və mənim bölüyüm də mənimlə bərabər bu tapşırıqları yerinə yetirmək üçün hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin zabiti bildirib.

Silahlı Qüvvələrin əsgəri isə 2016-cı ildə Azərbaycan Ordusunun güclü zəfəri olan Aprel döyüşlərinin şəxsən iştirakçısı olduğunu bildirib:

“Tam səmimi desəm, bu dəqiqə tətiyi basıb erməni ordusunu məhv etmək üçün əsgərlərimizin barmaqları qaşınır. Sadəcə komandirlərimizin əmrini gözləyirik ki, irəli gedək. İnşallah gedəcəyik və şərəfimiz olan Azərbaycan bayrağını Şuşada, Qarabağın mərkəzində dalğalandıracağıq”.

Son xəbərlər

Orphus sistemi