Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib
Hərbi
23 Sentyabr , 2020 12:23
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

Son xəbərlər

Orphus sistemi