Anar Eyvazov: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfə verib

Anar Eyvazov: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfə verib Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfəsini verib.
Hərbi
26 Aprel , 2024 12:22
Anar Eyvazov: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfə verib

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfə verib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, 2020-ci il 44 günlük müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunub:

"2020-ci ilin noyabrın 11-də Rusiya və Türkiyə birgə memorandumuna əsasən Birgə Monitorinq Mərkəzi yaradılıb. Mərkəz 3 ildən artıq regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün böyük töhfə verib. Türkiyə və Rusiya hərbçiləri Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə monitorinqə öz töhfəsini verib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan antiterror əməliyyatları nəticəsində ərazimizdə yerləşən erməni silahlı qüvvələrinin qalıqları ölkəmizi tərk edib".

O vurğulayıb ki, Azərbaycan Qarabağ İqtisadi rayonunda öz nəzarətini bərqərar etdikdən sonra Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti bitmiş olub:

"Bu gün Monitorinq Mərkəzinin bağlanış mərasimi də göstərdi ki, yüksək səviyyəli əməkdaşlıq sülhə öz töhfəsini verib".

Son xəbərlər

Orphus sistemi