ANAMA: "2020-ci ildən indiyədək 282 şəxs minaya düşüb, 46 nəfər həlak olub, 236 nəfər yaralanıb"

ANAMA: "2020-ci ildən indiyədək 282 şəxs minaya düşüb, 46 nəfər həlak olub, 236 nəfər yaralanıb" "2020-ci ildən indiyədək 282 mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb".
Hərbi
28 Fevral , 2023 16:32
ANAMA: 2020-ci ildən indiyədək 282 şəxs minaya düşüb, 46 nəfər həlak olub, 236 nəfər yaralanıb

"2020-ci ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb".

"Report"un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrın 10-dan indiyədək 68 300 hektar ərazi minadan təmizlənib. 82 522 mina aşkar edilərək zərərsizləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev isə bildirib ki, rayonlar üzrə Ağdam rayonunun 26.2%-i, Füzuli rayonunun 22.7%-i, Xocavənd rayonunun 3.5%-i, Xocalı rayonunun 15.2 %-i, Tərtər rayonunun isə 15.1% -i artıq minalardan təmizlənib: "Ötən il ərzində Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində 11 obyektin təməlini qoyub, bununla da həmin obyektlərin layihələndirmə işlərinə start verilib və əksəriyəti artıq yekunlaşmaq üzrədir. Hazırda Ağdam rayonu üzrə minadan təmizlənməli olan prioritet ərazilər - Kəngərli, Sarıcalı, Xıdırlı kəndləri (bufer zonalar ilə birlikdə), Hindarx-Ağdam avtomobil yolu, Xaçınçay su anbarından gələn kanal və digər şəhərdaxili layihələrdir".

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev isə deyib ki, Azərbaycana minaaxtarma işlərində Böyük Britaniya, Abş və Macarıstan ən çox dəstək verən ölkələrdir: "Yardım göstərən ölkələr çoxdur, lakin bu yardımlar hələlik Azərbaycana minaxtarma işlərində yetərli deyil".

Son xəbərlər

Orphus sistemi