"Zeytun bağları"nda qonşusunu öldürən şəxs apellyasiya şikayəti verib

"Zeytun bağları"nda qonşusunu öldürən şəxs apellyasiya şikayəti verib Bakıda qətl törətməkdə təqsirli bilinən Dostəli Abuzərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hadisə
18 Sentyabr , 2019 16:13
Zeytun bağlarında qonşusunu öldürən şəxs apellyasiya şikayəti verib
Report

Bakıda qətl törətməkdə təqsirli bilinən Dostəli Abuzərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Report" xəbər verir ki, şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. İş üzrə ilkin baxış iclası oktyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, Dostəli Abuzərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib.

Hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov mübahisə zəminidə qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.

Son xəbərlər

Orphus sistemi