Zərdab sakini özünü İcra Hakimiyyətinin binası qarşısında yandırmaq istəyib

Hadisə
  • 18 iyul, 2018
  • 06:46
Zərdab sakini özünü İcra Hakimiyyətinin binası qarşısında yandırmaq istəyib

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.

Onunla izahedici söhbət aparıldıqdan sonra buraxılıb.