Nazirlik: "Zaqataladakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir" - YENİLƏNİB

Nazirlik: "Zaqataladakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir" - YENİLƏNİB Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hadisə
31 Avqust , 2022 18:09
Nazirlik: Zaqataladakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir - YENİLƏNİB

Zaqatala rayonundakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

09:23

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Report"un məlumatına görə, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi