Gəncə. 3 may. REPORT.AZ/ Zaqatala rayonunda 4 bal ətraf rayonlarda isə 3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə "Report"un Qərb bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, zəlzələnin episentri Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb. Zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.
***13:10
Daşkəsən. 3 may. REPORT.AZ/ Daşkəsən rayonunda zəlzələ baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, saat 12:58-də və saat 13:00-da iki təkan qeydə alınıb.
Zəlzələnin gücü təxminən 3 bal olub.
Hər hansı bir dağıntı isə qeydə alınmayıb.
***13:02
Zaqatala. 3 may. REPORT.AZ/ Zaqatala rayonunda zəlzələ olub.
"Report"un yerli bürosunun məlumatına görə, zəlzələ bu gün saat 12:54-də qeydə alınıb. Zəlzələ hiss olunub və rayon ərazisində evlərin sirkələnməsi ilə müşahidə edilib. Zəlzələ zamanı dağıntıların qeydə alınmadığı bildirilir.