FHN: "Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir"

FHN: "Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir" Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində mövcud meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.
Hadisə
2 Sentyabr , 2022 16:15
FHN: Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir

Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala rayonun Yuxarı Tala kəndi, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Yanğınların söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edir.

Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.

Son xəbərlər

Orphus sistemi