Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.
Hadisə
1 Sentyabr , 2022 08:53
Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.

Son xəbərlər

Orphus sistemi