Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib Goranboy. 1 yanvar. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 Yanvar , 2019 20:30
Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Goranboy. 1 yanvar. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən 1962-ci il təvəllüdlü Ziyad Mehdiyevi avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir müddət əvvəl də Goranboy rayonunda avtomobil piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi