Yeznəsinə 7 bıçaq vuran şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 21 iyun, 2019
  • 08:56
Yeznəsinə 7 bıçaq vuran şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

44 filmi