Yevlaxda yol qəzasından sonra sürücülər arasında münaqişə yaşanıb

Yevlaxda yol qəzasından sonra sürücülər arasında münaqişə yaşanıb Yevlax. 20 İyul. REPORT.AZ/ Yevlaxda iki avtomobil toqquşub.
Hadisə
21 İyul , 2018 22:07
Yevlaxda yol qəzasından sonra sürücülər arasında münaqişə yaşanıb

Yevlax. 20 İyul. REPORT.AZ/ Yevlaxda iki avtomobil toqquşub. 

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Mingəçevir-Xaldan avtomobil yolunda rayonun Varvara kəndi Səmtinə ayrılan istiamətdə baş verib. 

Belə ki, "Niva" markalı avtomobil "VAZ-2106" markalı maşını arxadan vuraraq avtomobili deformasiyaya uğrayıb. 

Avtomobildə olanlar yüngül xəsarətlə qurtulsa da sürücülər arasında magistralda keçən vətəndaşlar önündə əlbəyaxa davaya çata biləcək səviyyədə gərgin mübahisə yaşanıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi