Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var Yevlax. 21 iyun. REPORT.AZ/ Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
Hadisə
21 İyun , 2018 09:45
Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Yevlax. 21 iyun. REPORT.AZ/ Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 99-JE-959 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi