Yevlaxda sərnişin mikroavtobusu qəzaya düşərək aşıb

Hadisə
  • 05 mart, 2019
  • 07:08
Yevlaxda sərnişin mikroavtobusu qəzaya düşərək aşıb
Report

Yevlax. 5 mart. REPORT.AZ/ Yevlax rayonunda sərnişin mikroavtobusu aşıb. 

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Ford" markalı mikroavtobus "Toyota" markalı minik avtomobili  ilə toqquşub. Nəticədə sərnişin daşıyan mikro avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı "Ford"un sürücüsü xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.