Yevlaxda narkotik vasitə satan şəxslər saxlanılıb

Yevlaxda narkotik vasitə satan şəxslər saxlanılıb Yevlax rayonunda narkotik satan şəxslər saxlanılıb
Hadisə
11 Mart , 2019 16:04
Yevlaxda narkotik vasitə satan şəxslər saxlanılıb

Yevlax rayonunda narkotik satan şəxslər saxlanılıb

Bu barədə Report"un Qərb bürosuna DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G.Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.

Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb. E.Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq Polis şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi