Yevlax sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb
Hadisə
- 31 iyul, 2024
- 04:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
Son xəbərlər
18:04
Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib.
Fərdi
18:01
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
Digər ölkələr
17:59
AZAL biletlərin 30 %-ni rəqəmsal kanallarla satır
İnfrastruktur
17:58
AZAL son 2 ildə su istehlakını 20 %-ə yaxın azaldıb
İnfrastruktur
17:57
AZAL işçilərinin sayını 13 %-ə yaxın artırıb
Energetika
17:55
AZAL ötən il 1 milyard manatdan çox gəlir əldə edib
Maliyyə
17:43
Azərbaycan ət idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb
Biznes
17:39
Foto
Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib
Sosial müdafiə
17:39
"Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib
Futbol