Artezianın naqillərini oğurlamaq istədi, elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNİB

Artezianın naqillərini oğurlamaq istədi, elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Fevral , 2021 20:40
Artezianın naqillərini oğurlamaq istədi, elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNİB

Yevlax rayonunun Kolanı kəndində 30 yaşlı şəxsin elektrik cərəyanı vurması nəticəsində öldüyü hadisənin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

18:12

Yevlax rayon sakini faciəvi şəkildə ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Mehrəliyevi elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi