Yeni icra başçısı təyin edilən rayondan ilk şikayət gəldi

Yeni icra başçısı təyin edilən rayondan ilk şikayət gəldi Biləsuvar rayonunda borclu abonentlərin elektrik xətlərinin kütləvi şəkildə kəsilməsinə başlanılıb.
Hadisə
26 Avqust , 2020 15:36
Yeni icra başçısı təyin edilən rayondan ilk şikayət gəldi

Biləsuvar rayonunda borclu abonentlərin elektrik xətlərinin kütləvi şəkildə kəsilməsinə başlanılıb.

Bu barədə “Report”a şəhərin Azadlıq küçəsinin sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, “Azərişıq” ASC-nin Biləsuvar Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən borclu abonentlərin elektrik xətləri kəsilib. 

Bununla da borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı bu gündən dayandırılıb.

Sakinlər isə pandemiya dövründə kommunal xərcləri ödəməyə maddi imkanlarının çatmadığını bildiriblər. "Şəxsən mən pandemiyaya görə 6 aydır işləmirəm, indi gəlib işığımızı kəsdilər. Axı onlar niyə işsiz insanların vəziyyətini nəzərə almır?!" - şikayətçilərdən biri əlavə edib.

Həmçinin bu gün Biləsuvar rayonu ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

“Report” məsələ ilə əlaqədar “Azərişıq” ASC-yə müraciət edib, lakin ASC-dən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, avqustun 24-də Biləsuvar rayonuna yeni icra başçısı təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər

Orphus sistemi