Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb

Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb Bakıda super marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb.
Hadisə
21 Yanvar , 2022 09:54
Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat əsasında hadisə yerinə operativ olaraq nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.

08.12

Bakıda super marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən marketlərin birində 2016-cı il təvəllüdlü Zakirov Rinad Fərhad oğlunun ayağı eskalatorun hərəkətdə olan hissəsinə ilişərək xəsarət alıb.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi