Yasamal rayonunda mənzildə meyit aşkarlanıb

Hadisə
  • 16 iyun, 2016
  • 10:14
Yasamal rayonunda mənzildə meyit aşkarlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda meyit aşkarlanıb.

“Report” xəbər verir ki, Moskva prospekti ev 73 A-da yaşayan 1947-ci il təvəllüdlü Vəli Kasayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən istintaq davam etdirilir.