Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında B.Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. 1964-cü il təvəllüdlü B.Çobanov tanışı, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib.
Məlumata görə, həmin şəxslər yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman B.Çobanov H.Babayevə bıçaqla zərbə endirib.
B.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.