Xızıda 300 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 300 ədəd partlamamış hərbi sursat tapılıb Nəticə etibarilə 100 500 kv.m (10.05 ha) ərazi yoxlanılıb
Hadisə
21 Noyabr , 2017 03:36
Xızıda 300 ədəd partlamamış hərbi sursat tapılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 20-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 300 ədəd partlamamış hərbi sursat (PHS), 173 ədəd partlamış-yanmış mərmi qalıqları və 577 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 100 500 kv.m (10.05 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 75 gün ərzində 19 291 ədəd partlamamış hərbi sursat (PHS), 8 741 ədəd partlamış-yanmış sursat qalıqları və 68 679 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 260 785 kv.m (6 926 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi