Xırdalanda yanğın baş verib

Xırdalanda yanğın baş verib Birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları yanıb
Hadisə
12 Fevral , 2015 22:43
Xırdalanda yanğın baş verib

Bakı. 12 fevral. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhərində vətandaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi