Xəzərdə toy mərasimi keçirilməsinin qarşısı alındı

Xəzərdə toy mərasimi keçirilməsinin qarşısı alındı Paytaxtın Xəzər rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb
Hadisə
10 Aprel , 2021 10:44
Xəzərdə toy mərasimi keçirilməsinin qarşısı alındı

Paytaxtın Xəzər rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi