Bakıda evdə yanğın olub, bir nəfər yanaraq ölüb - YENİLƏNİB

Bakıda evdə yanğın olub, bir nəfər yanaraq ölüb - YENİLƏNİB Xəzər rayonunda baş verən yanğın nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.
Hadisə
23 Aprel , 2019 09:23
Bakıda evdə yanğın olub, bir nəfər yanaraq ölüb  - YENİLƏNİB

Xəzər rayonunda baş verən yanğın nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


*** 08:55

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yanğın olub.

"Report"un məlumatına görə, yanğın 9 saylı Vərəm xəstəxanasının yanındakı balaca həyət evində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, ev sahibi içki aludəçisi olub.

Yanğının səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi