Xəzər rayonunda 37 yaşlı kişi avtomobil qəzasında yaralanıb

Hadisə
  • 17 dekabr, 2022
  • 21:14
Xəzər rayonunda 37 yaşlı kişi avtomobil qəzasında yaralanıb

Bakının Xəzər rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1985-ci il təvəllüdlü Babayev Qalib Məqatil oğlu idarə etdiyi minik avtomobilini yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.