Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb
Hadisə
- 09 dekabr, 2016
- 12:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda təqribən 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb.
"Report"un xəbərinə görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, Bilgəh çimərliyi ərazisində dənizdə 40-45 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriblər. Meyit bir müddət suda qaldığından üzü tanınmaz hala düşüb.
Onun üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
10:59
İsveçrədə silah ixracı qaydalarının sadələşdirilməsinə dair referendum keçirilir
Digər ölkələr
10:41
Çin "Changzheng-6C" raketi vasitəsilə orbitə dörd peyk çıxarıb
Digər ölkələr
10:23
PSJ Meksika millisinin hücumçusu Xulian Kinyonesi transfer etməyi nəzərdən keçirir
Futbol
10:13
İranda son 10 gündə saxta spirtli içki səbəbindən 32 nəfər ölüb
Region
09:56
İran ABŞ-nin Hörmüz boğazında balıqçı qayığına dron hücumu etdiyini bildirib
Region
09:38
Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Digər ölkələr
09:16
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Digər ölkələr
09:05
Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək
Futbol
08:49
Türkiyədə 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Region