Xaçmazda yük avtomobili yanır

Xaçmazda yük avtomobili yanır Xaçmaz rayonunda yük avtomobili yanır.
Hadisə
5 sentyabr 2019 10:24
Xaçmazda yük avtomobili yanır

Xaçmaz rayonunda yük avtomobili yanır.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Zil" markalı yük avtomobili qəfildən yanmağa başlayıb.

Yanğının söndürülməsi üçün Xaçmaz və Quba rayonlarının Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Orphus sistemi