BƏƏ prezidenti Paşinyanla görüşüb
Digər ölkələr
- 10 iyul, 2025
- 01:43
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BƏƏ-də işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə "Report" Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.
Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan regional sabitlik və beynəlxalq təhlükəsizlik kontekstində BƏƏ-nin rolunu yüksək qiymətləndirir.
Son xəbərlər
12:21
UEFA Çempionlar Liqası: "Sabah"ı Finlandiyada 50-yə yaxın azarkeş dəstəkləyəcək
Futbol12:14
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb
İnfrastruktur12:11
Foto
Səfərbərlik Xidmətində iyul çağırışının gedişatı müzakirə olunub
Daxili siyasət12:07
"Azneft" İB-də istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Energetika12:07
Binəqədidə obyekt yanır
Hadisə12:04
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 8 %-dən çox azalıb
Turizm11:56
Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib
Sağlamlıq11:54
Ukrayna Britaniyada dron istehsalı zavodu tikmək niyyətindədir
Digər ölkələr11:54