Bakıda 15 min, Sumqayıtda 11 min manatlıq oğurluq olub
Hadisə
- 09 iyul, 2025
- 15:25
Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 9799 manat pul, 4580 manat dəyərində noutbuk və müşahidə kamerası oğurlanıb.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhəri ərazisində də oğurluq hadisəsi qeydə alınıb. Bir evdən 4000 manat pul və 6780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı C.Cabbarov və 34 yaşlı A.Qasımova saxlanılıblar.
Araşdırma aparılır.
Son xəbərlər
09:36
Azərbaycanda vəkillərin sayı 3 mini keçib
Hadisə09:34
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Region09:32
Bəzi rayonlara yağış yağıb, güclü külək əsib
Ekologiya09:27
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır
Futbol09:12
Texasda daşqınlar nəticəsində iki nəfər ölüb
Digər ölkələr09:11
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Futbol09:11
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2026)
Maliyyə09:03
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb
Futbol08:54