Xaçmazda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
- 05 noyabr, 2022
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmazda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.
Nəticədə Xaçmaz rayon sakinləri 2003-cü il təvəllüdlü Mirbaba Elnur oğlu Hacıyev və 2003-cü il təvəllüdlü Ramil Qərib oğlu Abdullayev, eləcə də Şabran rayon sakinləri 2005-ci il təvəllüdlü Emin Muxtar oğlu Şabətdinov, 2004-cü il təvəllüdlü Nihad Cavid oglu Əlimirzəyev və 2003-cü il təvəllüdlü Səbuhi İsgəndər oğlu İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.