Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Hadisə
  • 12 yanvar, 2023
  • 03:45
Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, illin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib. 

R.Apayev müharibə iştirakçısıdır. 

Araşdırma aparılır.

11.01.2023. 23:51

Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.

"Report"un şimal bürosu xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya gətirilib, lakin onun öldüyü aşkarlanıb.

Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

Onun meyiti tibbi ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.