Xaçmazda taksi sürücüsünə xasarət yetirən keçmiş məhkum hakim qarşısına çıxarılır
- 25 dekabr, 2019
- 07:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmazda taksi sürücüsünü bıçaqlamaqda təqsirləndirilən Məharət Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatına verilən iş üzrə hazırlıq iclası 2020-ci li yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmazın Xudat şəhərində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlunun boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Məharət Qafarov qısa zamanda saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, E.Qasımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
M.Qafarova Cinayət Məcəlləsini 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.