Xabarovskda qanunsuz şəkildə yolka satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Hadisə
  • 27 dekabr, 2016
  • 06:36
Xabarovskda qanunsuz şəkildə yolka satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Xabarovskda şəhər administrasiyası və polis əməkdaşları, eləcə də dövlət meşə müfəttişləri qanunsuz yolka satışını aşkarlamaq məqsədilə profilaktik tədbirlər keçirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, keçirilmiş profilaktik tədbirlər zamanı azərbaycanlı saxlanılıb.

Onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Saxlanılan şəxs məsələnin araşdırılması məqsədilə rayon polis bölməsinə aparılıb.