Bakı. 7 sentyabr. REPORT.AZ/ Voronejdə 38 yaşlı qadın öz mənzilinə Azərbaycan və Özbəkistanın ümumilikdə 270 vətəndaşını qeydiyyata alıb. "Report" Voronej vilayəti üzrə Rusiya
Məlum olub ki, bu ilin aprel ayından avqust ayına qədər olan dövrdə üç mənzili olan 38 yaşlı qadın pul müqabilində 270 Azərbaycan və Özbəkistan vətəndaşını yaşamaq üçün yer təqdim etmək niyyəti olmadan miqrasiya qeydiyyatına salıb. Xarici vətəndaşlar başqa yerlərdə yaşayıblar.
Faktla bağlı cinayət işi açılıb.