Voronejdə əslən Azərbaycandan olan şəxs 9 il müddətinə həbs olunub
Hadisə
- 25 mart, 2016
- 16:06
Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın Voronej vilayətində əslən Azərbaycandan olan Faiq Ələkbərov narkotik maddə satışı ilə bağlı cinayətə görə 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, 38 yaşlı kişi bir qrupun tərkibində narkotik maddə satmağa cəhddə müqəssir bilinib.
Vilayət prokurorluğunun məlumatına görə, cinayət 2015-ci ildə törədilib. Müttəhim ötən ilin yayında 50 min rubl müqabilində narkotik maddə partiyasının Moskvadan Voronejə aparılmasına dair sifarişi yerinə yetirməyə razılıq verib. İyulun 11-də F.Ələkbərovun maşını Voronejin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı təqribən 1 kiloqram heroin və digər narkotik vasitələr aşkar olunub.
Son xəbərlər
00:37
Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər
Digər ölkələr00:08
Azərbaycan güləşçisi Hacı Kərimov Avropa çempionu olub
Fərdi00:00
Tovuz döyüşlərindən 6 il ötür
Hərbi23:53
CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Digər ölkələr23:32
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
Digər ölkələr23:15
Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Digər ölkələr22:58
AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Digər ölkələr22:49
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
Digər ölkələr22:26