Bakı. 25 yanvar. REPORT.AZ/ Yanvarın 23-nə keçən gecə Volqodonskdakı "Kaçka" pivəxanasının yaxınlığında bıçaqlanma ilə nəticələnən dava düşüb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, pabda içkili şəxslər arasında mübahisə düşüb. İlkin məlumatlara görə, münaqişəyə səbəb ödənilməmiş hesab olub. 23 yaşlı Volqadonsk sakininin 43 yaşlı Azərbaycan vətəndaşı ilə mübahisəsi əlbəyaxa davaya çevrilib.
Dava zamanı 23 yaşlı gənc adı açıqlanmayan azərbaycanlıya bıçaq zərbəsi endirib. Yaralı yerli xəstəxanaya çatdırılıb və həkimlər bir neçə saat ərzində reanimasiya şöbəsində onun həyatını xilas etməyə çalışıb. Amma bıçaq yarası ölümcül olub və 43 yaşlı kişi xəstəxanada ölüb.
Artıq 23 yaşlı gənc polis tərəfindən tutulub. Onun barəsində "adam öldürmək" maddasi ilə cinayət işi açılıb. Volqadonsk sakinini 15 ilə qədər həbs cəzası gözləyir. Adam öldürməkdə ittiham olunan şəxsin daha öncə də mühakimə olunduğu xəbər verilir.