Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb

Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb 2015-ci ilin göstəricisi ilə müqayisədə gündəlik hasilat 699 min barel azalıb
Hadisə
14 Noyabr , 2017 03:19
Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Venesuelada neft hasilatı həcmi gündə 1,95 milyon barelə qədər azalıb ki, bu da bir ay əvvəlkinə nisbətdə 130 min barel azdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-in noyabr hesabatında qeyd olunub.

Bildirilir ki, ölkədə neft hasilatı son 28 ildə ilk dəfə olaraq sutkada 2 mln. bareldən aşağı düşüb. 2015-ci ilin göstəricisi ilə müqayisədə isə gündəlik hasilat 699 min barel azalıb.

Son xəbərlər

Orphus sistemi